18 mart 2020 09:59
1468

Su hövzələri ov vasitələrindən təmizlənib

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Cənub-Muğan kollektorunda keçirilib.

"İki sahil" xəbər verir ki, reyd zamanı kollektorun Cəlilabad və Neftçala rayonları ərazisi və Mahmudçala ovçuluq təsərrüfatının şərq hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Bunu jurnalistlərə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Kənan Kərimli bildirib.

İdarə rəisi hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə  dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırıb.