14 yanvar 2021 17:15
239

"Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi

Mövsümün ikinci hissəsi üçün hazırlıq prosesini davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununa çıxıb.

"İki sahil" xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Qəbələ” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çayıb

Komandanın ilk yoxlama görüşü “Zirə”yə qarşı (3:2) olub.

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın turnir cədvəlində 16 xalla 4-cü, "Qəbələ" isə 15 xalla 5-cidir.

14 yanvar

15:00. “Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: Xaçayev, 24 (1:0), Raysel, 42 (1:1)