16 yanvar 2020 09:47
806

Sumqayıtda yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var.

FHN-dən "İki sahil"ə verilən məlumata görə, beşmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.