Keçən həftə Son Duonq limanı yaxınlığında Taylanda məxsus gəminin batması nəticəsində Ha Tinhs sahilindən 3 kilometr aralıda yerləşən ərazi neft sızmasına məruz qalıb. Hazırda yerli mütəxəssislər Mərkəzi Komitə, Natural Disaster Management departamenti və Vyetnam Milli Komitəsi ilə sızmanın təmizlənməsi üçün əməkdaşlığa başlayıb. Onlar baş verən fəlakətin daha da pisləşməsinin qarşısını almağa çalışırlar.
“İki sahil” vnexpress.net saytına istinadən xəbər verir ki, yerli balıqçılara və əkinçilərə dəniz suyundan istifadə etməmək məsləhət edilib. Təmizləmə işlərinin bu ayın 15-nə qədər tamamlanacağı gözlənilir.
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
“Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması” mövzusunda sessiya təşkil olunub
“Aqrobiznes sahəsində innovasiyalar və texnoloji inkişaf” mövzusunda panel sessiya keçirilib