22 may 2020 14:28
3075

Tibb bacısı bərbərxanada işləməyə başladı - FOTO

Türkiyədə fəaliyyət göstərən bərbər salonu koronavirusdan müdafiə tədbirləri çərçivəsində tibb bacısını işə götürüb.

“İki sahil” xəbər verir ki, 21 martda bağlanan və 51 gün sonra fəaliyyətinə icazə verilən digər bərbər və gözəllik salonlarından fərqli olaraq bərbər Öztürk Karahan təlimatdan əlavə 25 ildir tibb bacısı işləyən Yeter Mercanı işə götürüb. Y.Mərcan bərbərxanaya daxil olanların hərarətini yoxlayır, təlimata uyğun davranış qaydalarını təlqin edir və tövsiyyələrini bildirir.