04 dekabr 2019 20:25
889

“TikTok” məlumatların oğurlanmasında ittiham olunur

Kaliforniyalı tələbə Misti Honq “TikTok” proqramının aid olduğu “ByteDance” şirkətini məhkəməyə verib. O, iddia edir ki, “TikTok” icazəsiz onun adına hesab açıb və onun yayımlamadığı videolardan məlumatları oğurlayıb.

Qeyd edək ki, ötən il ərzində bu tətbiqin yüklənmə sayı 750 milyon təşkil edib.

“dailymail.co.uk” saytı xəbər verir ki, populyar video paylaşma tətbiqi olan TikTok ABŞ-da gizli toplanmış şəxsi istifadəçi məlumatlarını toplamaq və bunu Çinə ötürməkdə ittiham olunur.

Yeniyetmələr arasında sadiq azarkeş bazası yaratmış “TikTok” onsuz da tez-tez hüquqi problemlərlə üzləşir.

Qərargahı Pekində olan “ByteDance”, məlumatların saxlanması və mümkün senzura ilə bağlı artıq milli təhlükəsizlik araşdırması ilə qarşı-qarşıyadır.

Bundan əlavə, ABŞ ordusu öz hərbiçilərinə hərbi geyimdə “TikTok”dan istifadəyə qadağa qoyub və bu yöndə təhlükəsizlik araşdırmalarına başlayıb.

“TikTok” Çinin bu səviyyədə qlobal hitə çevrilmiş ilk sosial media layihəsidir.

“TikTok”un geniş reklam gəlirləri və mənfəət üçün istifadə edərək şəxsi istifadəçi məlumatlarını hiyləgər şəkildə oğurlaması iddia edilir. “TikTok” ABŞ-da federal kompyuter fırıldaqçılığında, Kaliforniya konstitusiyasının gizlilik hüququ və bunlardan başqa digər qanunları pozmaqda ittiham edir.