20 sentyabr 2020 11:20
1065

"Tottenhem" "transfer bomba"sını partlatdı

“Tottenhem” “Real”dan iki oyunçu aldıOxu.Az xəbər verir ki, London klubu Madrid “Real”ından Qaret Beyl və Serxio Regilonu transfer edib.

Bu barədə “Tottenhem”in rəsmi saytı məlumat yayıb. Qaret Beyl bir illik icarəyə götürülüb. 

Serxio Regilon isə birdəfəlik transfer olunub. 23 yaşlı ispan sol cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Qaret Beyl köhnə-yeni klubunda “9”, Regilon isə “3” nömrəli formanı geyinəcək. //Oxu.az