01 iyul 2021 17:01
948

Toy edənlərin DİQQƏTİNƏ:  Nura Suri toy qiymətini endirdi

Müğənni Nura Suri örnək addım atıb.

“İki sahil” xəbər verir ki, o, "Facebook" profilində bunları yazıb:

"Tədbirlərə, konsertlərə, el şənliklərinə qiyməti endirirəm.

Şadlıq sarayları, restoranlar, benzin, qaz, yemək onsuz da hamısı qiyməti qaldırıb. Camaat da pandemiyaya görə pul qazanmır neçə vaxtdır. Hazırkı vəziyyətdə əlimdən başqa heç nə gəlmir".