30 sentyabr 2026 22:27
205

Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarıldığını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarıldığını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” hesabında paylaşım edib. Tramp İraqdakı əməliyyatı “çox bahalı cəhənnəm ekskursiyası” adlandırıb. “Bu gün sonuncu ABŞ qüvvələrinin İraqı tərk etməsindən məmnun olduğumu elan edirəm. Bu, çox vaxt apardı. Başlanğıcda bizi bu bataqlığa son dərəcə uğursuz qərarlar sürüklədi, lakin tezliklə bütün bunlar tarixin bir hissəsinə çevriləcək”, - ABŞ lideri bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının İraqdan çıxarılması ABŞ və İraqın qələbəsi, İŞİD-in isə məğlubiyyəti deməkdir.