04 noyabr 2019 12:08
110

Trampın videosunu milyonlar izlədi –  VİDEO

Tvitterdən aktiv istifadə edən ABŞ Prezidenti Donald Tramp bu gün şərh yazmadan video paylaşıb.

Teleqraf.com xəbər verir ki, video İraqda davam edən etiraz aksiyaları ilə bağlıdır.

Məsələnin maraqlı tərəfi odur ki, videoda etirazçıların İranın Kərbaladakı konsulluğuna hücumu əksini tapıb. Qəribədir ki, prezident videonun altında hər hansı bir şərh yazmayıb.

Qeyd edək ki, İraqda hökumətə qarşı nümayişlər artıq neçə müddətdir davam edir. Kərbalada dünən aksiyaçılar İran konsulluğu qarşısında mitinq keçirərək binanın hasarlarına hücum ediblər. Konsulluğun qarşısındakı İran bayrağı endirilib. Yerli qaynaqlar konsulluq əməkdaşlarının arxa qapıdan çıxaraq binanı tərk etdiklərini iddia edib.

Trampın yaydığı və dünən axşam baş verən hadisələri özündə əks etdirən görüntüləri 66 milyona yaxın şəxs izləyib və rəylər yazıb.