24 iyul 2020 22:02
393

Türkiyədə koronavirusdan sağalanların sayı 207 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 580 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 937 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 224 252 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 207 374 nəfər təşkil edir.