18 mart 2020 15:37
792

Türkiyədə yaşlıların sayı artıb

Türkiyə əhalisi arasında 65 yaşdan yuxarı olanların sayı son beş ildə 21,9 faiz artıb.

Statistik göstəricilərə əsasən, 2019-cu ildə ölkədə yaşlı təbəqənin sayı 7 milyon 550 min 727 nəfər olaraq hesablanıb. Bu rəqəm ümumi əhalinin 9,1 faizini təşkil edib. Bu insanların 44,2 faizi kişilər, 55,8 faizi isə qadınlardır ki, onların da 9,1 faizinin yaşı 85-dən yuxarıdır.

2014-cü ildə yaşlı təbəqənin sayı 6 milyon 192 min 962 nəfər olub.

Mütəxəssislər bunu Türkiyədə doğum və ölüm saylarının azalması ilə izah edirlər. Belə ki, ölkədə uşaq və gənclərin sayında da azalma müşahidə edilir. //AZƏRTAC