13 mart 2020 16:51
1902

Uels millisinin daha iki yoldaşlıq oyunu ləğv olundu

Futbol üzrə Uels yığmasının martın 24-də İngiltərə, martın 27-də isə Avstriyaya qarşı keçirilməli olan yoldaşlıq matçları baş tutmayacaq.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar koronavirus pandemiyasına görə ləğv olunub. Bildirilib ki, oyuna bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.

Qeyd edək ki, Uels yığmasının daha öncə ABŞ-la martın 30-dakı yoldaşlıq matçı da ləğv olunub.

Xatırladaq ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunun iki oyununu Bakıda keçirəcək. Britaniyalılar iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, 17-də isə Türkiyə yığması ilə oynayacaq.