Ukraynada koronavirusla bağlı ilk ölüm faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, koronavirusdan ölən şəxs Jitomir vilayətindən olan 71 yaşlı qadın olub. O martın 12-də koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəstə ağır vəziyyətdə müraciət edib, bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.