30 iyun 2020 12:53
283

Üzgüçülərimiz COVİD-19-a yoluxmayıb

Üzgüçülük üzrə Azərbaycan yığmasının üzvlərinin guya COVİD-19 virusuna yoluxmaları barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər reallığı əks edirmir və dezinformasiyadır.

Federasiyanın mətbuat xidmətindən “İki sahil”ə daxil olan məlumata görə, hazırda yığmanın üzvlərinin sağlamlığında heç bir problem yoxdur və sərt karantin rejiminin  qaydalarına uyğun olaraq ev şəraitində hələlik fiziki məşqlərlə kifayətləniblər.

Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 5-dən sonra qəbul edəcəyi qərardan asılı olaraq məşqlərin bərpası məsələsi müzakirə olunacaq.