Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin yeni Xarici İşlər naziri Vadim Pristayko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi vacibdir.
Nazir bildirib ki, Azərbaycanla strateji tərəfdaşlıq bundan sonra da inkişaf etdiriləcək.
Görüşün sonunda səfir Azər Xudiyev V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. Nazir rəsmi dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib