Artıq xərclərin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Trend-in məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130 milyon manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunub.
Onun sözlərinə görə, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilib. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülüb:
"Hesablama Palatasının funksiyaları dövlət vəsaitlərinin istifadəsinə nəzarətlə bağlıdır və biz bu sahədə milli qanunvericiliyin bizə tanıdığı səlahiyyətlər çərçivəsində hərəkət edirik. Biz nəzarət fəaliyyətimizi beynəlxalq standartlara əsaslanan metodologiyaya uyğun qurur, nəzarəti dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri əsasında tərtib olunan sənədlər üzrə həyata keçiririk".
Agentliyin rəhbər heyəti Müstəqil Dövlətlər Birliyinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib
Yanacaq və qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi ictimai dinləmə və müzakirədə ...
Agentlikdə “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin nümayəndələri ilə görüş keçirilib