22 iyul 2026 14:54
237

"Wood Mackenzie"yə SOCAR-ın strateji hədəfləri barədə məlumat verilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "Wood Mackenzie" şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.

"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi məmnunluqla qeyd olunub.

Qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər, enerji sektorunun müxtəlif istiqamətləri üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Söhbət zamanı SOCAR ilə "Wood Mackenzie" arasında formalaşmış uğurlu əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər qlobal enerji bazarlarındakı meyilləri nəzərdən keçirib, neft-qaz emalı, bərpaolunan enerji, dekarbonizasiya, eləcə də rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.