10 oktyabr 2019 13:34
196

Xatundan ŞOK SÖZLƏR: Uşaq doğsam, fiquram pozular, sonra yığıb-yığışdırmaq olmayacaq

Oğlum əsgərlikdə olanda düşünürdüm ki, gəlini yanıma gətirim. Sonra məni başa saldılar ki, cavanları bir az rahat buraxmaq lazımdır. Əgər şəraitin, imkanın varsa, gəlini yanına gətirmə. Çünki ola bilər ki, səhər mən tez dura bilərəm, gəlin yatıb. Bu qayınanaya pis təsir edir, doğrudan. Gəlin durur, qayınana ona sifət edir. Ona görə, onları elə görməyəsən deyə belə fikirləşirəm.

Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"on qonağı olan müğənni Xatun Əliyeva deyib.

Lakin müğənni təklikdən qorxduğunu da etiraf edib:

"Amma özüm də yaşa dolduqca fikirləşirəm nə qədər tək qalacam?! Səhər adam yuxudan duranda bir evdən səs gəlsin".

Aparıcı Tarix Əliyev (Tolik) müğənninin sözlərinə "Sənə nə olub ki, birini də dünyaya gətir, evdən səs gəlsin. Sənə nə olub, maşallah. Bu gün doğmaqla gündəmdədir müğənnilər" ifadələri ilə reaksiya verib.

Xatunun Tolikə cavabı gözlənilməz alınıb:

"Fiquram pozular. Bir söz deyim, biz efirə çıxa-çıxa bütün əyri-əskikliklərimizi gördük. Getdik əməliyyatlar etdirdik. Ona görə, uşaqdan sonra, vallah, onu yığıb-yığışdırmaq olmayacaq".

Qeyd edək ki, Xatunun bir oğlan övladı var.