17 mart 2020 12:30
916

Xəzər Dəniz Gəmiçiliyi dezinfeksiya işlərini davam etdirir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri QSC-nin Xəzər Dəniz Neft Donanmasına aid Liman-bazada, Şimal və Damba körpülərində və orada dayanan gəmilərdə, eləcə də “Bibiheybət” gəmi təmiri zavodunda aparılıb. Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial İnkişaf və Nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir.

Həmçinin şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274-30-82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.