“Rusiya Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qalacaq”.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Mass bildirib.
Bu qərar Hayko Massla rusiyalı həmkarı Sergey Lavrovun Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşündə qəbul edilib.
Bir müddət əvvəl AŞPA Rusiyanın Avropa Şurasına üzvlük haqqını ödəməyə çağırmışdı. AŞPA-nın 151 deputatından 105-i bu qərarın lehinə səs vermişdi.
Qeyd edək ki, rəsmi Moskva Rusiya Federal Məclisi nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasına 2017-ci ildən üzvlük haqqı ödənişini dayandırmaq barədə qərar qəbul etmişdi.
Almaniya XİN rəhbəri Ukrayna üzrə danışıqların yayda bərpa oluna biləcəyini istisna etməyib
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb
Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb