06 noyabr 2019 19:59
1828

“Yandeks”in virtual köməkçisi türk dilində danışacaq

Rusiyanın “Yandeks” şirkətinin virtual səsli köməkçisi türk dilində danışacaq.

AZƏRTAC xəbər verir ki, “Yandeks” şirkətinin yaratdığı “Alisa” virtual səsli köməkçi ilk dəfə xarici dildə - türk dilində danışacaq. “Yandeks.Naviqator” ilk belə layihəni Türkiyədə həyata keçirib.

Türkiyə ərazisində işləyən “Yandeks.Naviqator”un səsli köməkçisi, Rusiyada olduğu kimi müxtəlif funksiyaları, o cümlədən lazım olan ünvanı tapmaq, marşrutu müəyyən etmək, hava və yollarda əziyyət barədə məlumat vermək funksiyalarını yerinə yetirəcək. Türkiyədə “Alisa” peşəkar diktor Selay Taşdögənin səsi ilə danışacaq.

“Yandeks.Naviqator” Türkiyədə 2013-cü ildən fəaliyyət göstərir. Əlavənin 4 milyondan çox istifadəçisi var.