Yaponiyada son bir həftədə isti hava nəticəsində azı dörd nəfər ölüb, 3500 nəfər isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Bildirilir ki, sentyabrın 2-dən 8-dək olan dövrdə Yaponiya ərazisinə yaxınlaşan “Faksay” tufanı havaların istiləşməsinə səbəb olub. Günorta saatlarında termometrlərin civə sütunu 30 dərəcə Selsidən yuxarı qalxaraq 35 dərəcəyə çatıb. Yüksək rütubətlilik vəziyyəti daha da ağırlaşdırıb.
Qeyd olunur ki, xəsarət alanların əksəriyyəti evdə kondisionerləri qənaət məqsədilə işlətməyən yaşlı insanlardır. Hökumət orqanları sakinləri çölə çıxarkən baş geyimindən istifadə etməyə, daha çox maye qəbul etməyə və uzun müddət Günəş altında qalmamağa çağırırlar.
Ümumilikdə 2019-cu ildə Yaponiyada istilərdən 100 nəfərin öldüyü, on minlərlə sakinin isə xəstəxanalara yerləşdirildiyi bildirilir.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib