Oktyabrın 7-də Yaponiyanın Noto adasının şimalında Koreya Xalq Demokratik Respublikasına və Yaponiya məxsus gəmilər toqquşub.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, toqquşmadan sonra Şimali Koreyaya məxsus gəmi batıb. Gəminin göyərtəsində 20 nəfər olub.
Yaponiya Sahil Mühafizə Xidməti əraziyə patrul gəmisi göndərib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək