14 dekabr 2020 10:42
765

Yasamalda maşın yanıb

Bakı şəhərinin Yasamal rayonunda “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

"İki sahil" FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.