18 may 2020 19:36
561

Yaşı 65-dən çox olan şəxslərin NƏZƏRİNƏ!

"Parklar açılsa da, mütləq maskalardan istifadə edilməlidir. Bir həkim kimi, 65 yaşdan yuxarı şəxslərə müraciət edərdim ki, maksimum dərəcədə ehtiyatlı olsunlar".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin şəxslər çölə çıxarkən maskalardan və sosial məsafələrin qorunmasına diqqət etməli, gigiyena qaydalarına əməl etməlidirlər.