04 noyabr 2019 16:18
697

Yeni icra başçısı vətəndaşlarla ilk görüşünü keçirdi

Yevlaxın yeni icra başçısı vətəndaşlarla ilk görüşünü keçirib.

Azvision.az -ın məlumatına görə, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qoyunbinəsi kəndində olub.

Kənd sakinləri icra başçısını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik ediblər. Söhbət zamanı sakinlər müəyyən problem və çatışmazlıqlarını icra başçısına bildiriblər.

İcra başçısı sakinlərin problemlərini dinləyib, həmin problemlərin həlli yolları haqqında tədbirlər görüləcəyini qeyd edib. Bəzi məsələlərin həlli üçün yerində tapşırıqlar verilib.