27 iyul 2020 20:47
1966

Yeni Təhsil naziri ailə üzvləri ilə birlikdə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Emin Əmrullayev Təhsil naziri təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, Emin Əmrullayev Fizika-riyaziyyat və informatika Təmayüllü liseyi bitirib və riyaziyyata böyük maraq göstərib.

Bu barədə o, jurnalist Şakir Eminbəylinin video-müsahibəsində danışıb. 

E.Əmrullayevin həyat yoldaşı Nigar xanım da təhsil sahəsi üzrə oxuyub və bir neçə dil bilir.  

Təhsil naziri Emin Əmrullayevin ailəsi ilə birlikdə video-müsahibəsini təqdim edirik: