11 aprel 2019 12:30
16400

Yer kürəsi haqqında nələri bilmirik?

İnsan artıq çoxdan Günəş sistemi obyektlərini öyrənir: Ay, Mars, Yupiter və Saturn. Bəs necə fikirləşirsiniz, biz doğma planetimizi yaxşı tanıyırıqmı? Sən demə, bir çox şeylər bizi təəccübləndirə bilər. Aşağıda sadaladığımız faktlar haqqında Yer üzü sakinlərinin 99%-nin xəbəri yoxdur.

- Məlumdur ki, Yer kürəsi Günəşin ətrafında dövr edir. Elmi faktlara görə, planet daim yavaşıyır. Bu proses100 ildə planetin 2 millisaniyə yavaşımasına səbəb olur.

- Yer üzünün 71%-i okeanlar ilə örtülüdür. Biz onlar haqqında bir o qədər də çox şey bilmirik. Hətta Mars daha yaxşı tədqiq olunub, nəinki okeanlar.

Məsələn, okean dərinlikləri bir o qədər də tədqiq olunmayıb. Hazırda okeanların cəmi 10 %-i tədqiq olunub və bu da 200 min orqanizimlərin müəyyən olunmasına imkan verib. Hələ nə qədər müəyyən olunmamış dəniz yosun növləri olduğu məlum deyil.

- Bizə elə gəlir ki, içməli su dənizdən, çaydan, okeanlardan gəlir. Lakin təxminən içməli suyun 68%-i buzlaqlardan əldə olunur. Əgər buzlaqların hamısı ərisə, o zaman suyun səviyyəsi 60-70 metr hündürlüyə çatar.

- Baxmayaraq ki, qlobus dairəvi formadadır, Yer kürəsi əslində belə deyil. Planet yetərli sürətdə dövr edir və məhz elə buna görə, bir az Şimal və Cənub tərəfə  yastılanmış formadadır.

- Texniki olaraq Everest planetin ən yüksək zirvəsi  deyil. Təəccüblüdür? İş bundadır ki, Yer kürəsi ideal dairə formasında deyil.

Ekvatorda yerləşən bütün obyektlər fakta əsasən Kosmosa yaxındır. Çimboraso dağı bütün obyektlərdən fərqli olaraq daha çox səmaya yaxındır.

- Siz necə düşünürsünüz, ən qədim orqanizmin neçə yaşı ola bilər? 5070 yaş.

Bir çoxları bunun ağac olduğunu müəyyən edə bildi. Bəli, bu qılçıqlı şam ağacıdır.

- Yer üzündə insanları Günəş şüalarından və kosmik radiasiyadan nə qoruyur? İlk olaraq maqnit sahəsi. İkinci atmosfer. Bu təbəqənin qalınlığı 2,5-3 metrə bərabərdir. Məsələn, Marsda radiasiyanın təsirindən qorunmaq üçün 3 metrlik dərinliyə qədər qazma işi aparmaq lazımdır.

- İldə bir neçə dəfə istənilən şəhərin sakinləri güclü ildırım çaxması müşahidə edirlər. Lakin planetin elə bir yerləri var ki, bu hadisə hər gün baş verir.

Venesuellada Marakaybo gölü və Katatumbo çayı üzərində daima ildırım müşahidə olunur.

Könül Cavid, “İki sahil”