24 iyun 2020 10:17
1607

Yorğunluğun 5 əsas səbəbi

Bəzən kifayət qədər yuxulasaq belə oyanandan sonra hələ də özümüzü yorğun hiss edirik. Bir çox insan bu məsələyə diqqət vermir, dolayısıyla səbəbi ilə maraqlanmaq belə ağlına gəlmir.

Ağır bir günün sonunda ağla gələn ilk şey orqanizmimiz üçün yuxunun lazımlı olmasıdır. Elmi araşdırmalar nəticəsində sübut olunmuşdur ki, müntəzəm yuxu bir çox problemlərin ən yaxşı həllidir. Bəs davamlı yorğun olmağın arxasında hansı səbəblər dayanır?

Fiziki fəaliyyətin yetərli olmaması

Nəzərdən keçirildikdə fiziki fəaliyyət yorğunluğa səbəb olur, lakin tək təsiri bu, deyil. Vücudumuzun aktivliyini qoruya bilən fiziki fəaliyyətlər, orqanizmimizin ehtiyacı olan enerjinin toplanmasında da böyük rol oynayır. Elmi cəhətdən də fiziki fəaliyyətsiz keçən günün ardından yorğun oyanmanın baş verdiyi sübut olunmuşdur.

Kofein istifadəsi

Bir çoxumuzun yuxu qaçırmaq üçün kofein istifadə etdiyi inkar olunmayan bir gerçəkdir. Kofein dərs hazırlayarkən, ofisdə və ya hər hansı bir səbəblə yuxusuz qalmağa kömək edən olduqca yaxşı vasitədir, amma gündüz istehlak etdiyimiz kofein gecə yatanda yuxumuzun keyfiyyətini müəyyənləşdirir.

Kafein gün ərzində beyində adenozinin yığılmasını blok edir. Adenozin isə yuxumuzun gəldiyini hiss etməmizi təmin edən komponentin adıdır.

Zehni yorğunluq, stress

Yaşadığımız cəmiyyətdə demək olar hər kəsin günlük stressi vardır. Sağlamlıq baxımından diqqət etmədiyimiz stress və depressiya yuxu kefiyyətimizə ciddi şəkildə təsir edir. Beləliklə, stress və depressiyanın yaratdığı gərginlik dolayı yolla yuxusuzluğa yol açır.

Yanlış qidalanma

Yorğunluğun səbəblərindən biri də yanlış qidalanma vərdişləridir. Balanslı bir pəhriz qan şəkərinizi normal sərhədlər içərisində tutacağı üçün halsız hiss etmənizə də mane olur. Daim səhər yeməyi yeyin. Hər yeməkdə bolluca protein və karbohidratlardan faydalanmağa çalışın. Daimi enerji üçün gün ərzində kiçik qidalar və qəlyanaltılar da yeyə bilərsiniz.

Digər təsirlər

Yuxarıda qeyd etdiyimiz 3 səbəbdən başqa tibbi problemlər də yorğunluğa yol aça bilər. Bunlar dəmir çatışmazlığı, tiroid problemləri və diabet kimi xəstəliklər ola bilər. Əgər qeyd etdiyimiz 3 səbəbdən biri deyilsə həkimə müraciət etməyiniz tövsiyə olunur.

Röya Rasimqızı,

”İki sahil”