Türkiyədə fəaliyyətə başlayan YouTube Premium sistemi yeni əməkdaşlıqla gündəmə gəlib. Əməkdaşlıq YouTube Originals ilə bağlı ola bilər.
"İki sahil" bildirir ki, YouTube-un Originals üçün Türkiyədəki yutuber və istehsalçılarla razılaşacağı bildirilir. Hələ əməkdaşlıqla bağlı ətraflı məlumat verilməsə də, YouTube-un Exxen, Puhu və BluTv kimi şirkətlərlə rəqabəti hədəflədiyi düşünülür. İstifadəçilər aylıq müəyyən məbləğdə ödəniş edərək Premium üzvlüyü əldə edə və yerli istehsalçıların məzmunundan əlavə bir çox üstünlüklərdən faydalana biləcəklər.