27 yanvar 2023 18:09
393

Yunanıstan səfirliyi: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sarsıldıq

Yunanıstan səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

"Bu gün Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumdan sarsıldıq. Diplomatik nümayəndəliklərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipidir. Qəlbimiz və fikrimiz qətlə yetirilən şəxsin ailəsinin yanındadır", - paylaşımda qeyd olunub.