Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi ABŞ Prezidenti Donald Trampın onu Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya dəvət etməsi ilə bağlı xəbərləri təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times"ın müxbiri Kristofer Miller Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat verib. Məlumata görə, prezidentlər üçtərəfli danışıqların mümkünlüyünü müzakirə ediblər, lakin Tramp Zelenskinin Putinlə görüşmək üçün Moskvaya getməsini təklif etməyib.
Daha əvvəl "Bloomberg" mənbələrə istinadən xəbər verib ki, Tramp Zelenskini Putinlə danışıqlar üçün Moskvaya dəvət edib. Agentliyin məlumatına görə, Ukrayna lideri təklifi rədd edib.