"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramos haqda danışıb.
“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqanın 31-ci turunda "Malyorka" ilə matçdan (2:0) sonra 34 yaşlı müdafiəçi ilə bağlı deyib: "Serxionun bir oyunçu kimi yeri bu klubdur. O, uzun illərdir burada oynayır və karyerasını "Real"da bitirməlidir. Mən belə düşünürəm və hər zaman da bu fikirdə qalacağam".