16 oktyabr 2018 17:29
1341

"Neftçi" baxışa futbolçu dəvət edib

"Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. "İki sahil" klubun mətşbuat xidmətinə istinadən xəbər verir ki, bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.