06 aprel 2018 14:06
1076

UEFA-da ilk oyunlar

UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.

Bütün oyunlarda meydan sahibləri sevinən tərəf olublar. İngiltərənin “Arsenal” klubu doğma meydanda Rusiyanın MOİK komandasını böyük hesabla (4:1) məğlub edib.

Madridin “Atletiko” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

Günün digər matçlarında “Leypsiq” (Almaniya) “Marsel”i (Fransa) 1:0, “Latsio” (İtaliya) isə “Zalsburq”u (Avstriya) 4:2 hesabları ilə məğlubiyyətə uğradıblar.