10 aprel 2018 20:25
1070

Araz Kipr çempionatının ən yaxşılarındandır

Millimizin futbolçusu Araz Abdullayev Kipr çempionatında məhsuldarlığı ilə seçilib.

Qol.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə, ən yaxşı sağ cinah yarımmüdafiəçisi kimi qiymətləndirilən futbolçu bu mövsüm rəqib qapısı qarşısına 15 dəqiq ötürmə verib. 

Bu göstəricidə o, çoxlarını qabaqlayıb. Abdullayev yalnız “Apollon”un yarımmüdafiəçisi Antonio Yakolisdən geri qalır.

Qeyd edək ki, müqavilə ilə "Qəbələ"yə məxsus olan 25 yaşlı futbolçu “Anortosis”də icarə əsasında çıxış edir.