13 iyul 2017 21:06
2027

İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri və könüllülər mükafatlandırıldı

İyulun 13-də Təhsil Nazirliyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinin, yarışların təşkilində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsində 11 mindən çox tələbə-könüllünün xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələrinə, eləcə də könüllülərə diplom və təşəkkürnamələr təqdim olunub.