14 noyabr 2018 21:18
2763

"Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Azərbaycan faunası” Milli İnformasiya Sisteminin yaradılmasından söz açıb.

Sonra Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev "Türkologiya" jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

İclasda mövzu ətrafında suallar cavablandırılıb.