19 noyabr 2018 14:18
2511

İdris İsayev kollektivə təqdim olunub

Yeni təhsil nazirinin müavini kollektivə təqdim olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil nazirinin müavini təyin edilən İdris İsayev kollektivə təqdim olunub. İ.İsayevi təhsil naziri Ceyhun bayramov təqdim edib.

Qeyd edək ki, İ.İsayev Prezidentin imzaladığı müvafiq sərəncamla təshil nazirinin müavini təyine dilib. O, bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.