15 may 2018 21:39
1218

Azərbaycanda tibb ixtisasını kimlər seçir?

Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər.

Trend -in məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla çıxış edərkən deyib.

E.Əmrullayevin sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.

E.Əmrullayev deyib ki, builki respublika fənn olimpiadasının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc medal qazanmaqla ümumilikdə 276 nəfər qalib elan olunub.

Təhsil İnstitutunun rəsmisi qeyd edib ki, builki olimpiadada region şagirdləri çox aktiv iştirak ediblər.