12 fevral 2018 16:25
1002

Fəlsəfə İnstitutunda elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda “1918-ci il azərbaycanlıların soyqırımı və Holokost: müasir ideya-nəzəri yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamını xatırlatdı. O, erməni millətçiləri tərəfindən tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı törədilən soyqırımı hadisələrindən bəhs edib.

Tədbirdə “Soyqırımı - tarixdə müasir fəlsəfi-etik yanaşma”, “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımları”, “Beynəlxalq hüquqi sənədlərdə-soyqırımı məsələsi-fəlsəfi-siyasi aspekti” və s. mövzularda məruzələr dinlənilib.