20 noyabr 2017 20:38
791

AzTU-da Azərbaycan-Fransız Universitetinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) təqdimatı keçirilib.

“İki sahil”in məlumatına görə, təqdimatda AzTU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Natiq Əhmədov tələbələrə  UFAZ haqqında kiçik məlumat verərək qeyd edib ki, bu universitet azərbaycanlı tələbələrə Avropada, xüsusi ilə Fransada təhsil almaq imkanı yaradır.

UFAZ-ın universitetlərarası əməkdaşlıq üzrə məsul şəxsi Morin Raab isə çıxışı zamanı AzTU rəhbərliyinə və tələbələrə təşəkkür edərək bildirib ki, “Fransanı seçmək” mövzusu üzrə keçirilən təqdimatda əsas məqsəd Fransanın təhsil sistemini və mühitini təsvir etməkdir.

Morin Raab qeyd edib ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Fransada təhsil almağa, hətta bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb.

Təqdimatdan sonra tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr təşkil olunub.