26 iyun 2018 17:17
1385

Duzun ölümcül təhlükəsi sübut edildi

ABŞ-ın Boton şəhərindəki Briqhem qadın xəstəxanasının mütəxəssisləri sübut ediblər ki, çoxlu miqdarda duz qəbul etmək vaxtından əvvəl ölüm riskini artırır.

Bununla bağlı “MedicalXpress” nəşri məlumat verib. 

Araşdırmalarda 30-54 yaşlarnda 2974 nəfər iştirak edib. 

Tələb olunan duzun miqdarı müxtəlif üsullarla müəyyən edilib. 24 il ərzində aparılan müşahidələr zamanı eksperimentdə iştirak edən şəxslərdən 272-si vəfat edib. 

Məlum olub ki, duz qəbul etməklə ölüm riski arasında birbaşa əlaqə var. İstifadə edilən duzun miqdarı 1200-9000 milliqram olub. Aşağı səviyyədə istifadə edilən duz ən təhlükəsiz olub.