12 iyul 2018 18:26
1241

Altı ayda Azərbaycandan 3,1 milyard kubmetr təbii qaz göndərilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyard 101 milyon 25 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yarım ildə ixrac olunan təbii qazın dəyəri 570 milyon 337 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkədən 3 milyard 180 milyon 646 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 527 milyon 932 min dollar olub.