16 oktyabr 2018 16:08
1410

Azərbaycandakı sıxılmış təbii qaz məntəqələrinin sayı 20-yə çatdırılacaq

SOCAR Azərbaycandakı sıxılmış təbii qaz – STQ (compressed natural gas - CNG) məntəqələrinin sayını 20-yə çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, hazırda ölkədə SOCAR brendi ilə 3 sıxılmış təbii qaz məntəqəsi var. Gələn il bu məntəqələrin sayının 20-yə çatdırılması planlaşdırılır.