13 noyabr 2017 20:34
651

Azərbaycanda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz istehsalı isə 2,6 faiz azalıb

Bu il ölkənin mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz istehsalı isə 2,6 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-oktyabr aylarında ölkədə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 5,9 faiz azalıb. Hesabat dövründə sənaye məhsulunun 70 faizi isə mədənçıxarma sektorunda istehsal olunub.