15 noyabr 2017 18:47
1027

BP və SOCAR bu il “D230” bloku üzrə saziş imzalaya bilər

Xəzər dənizinin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsindəki "D230" perspektiv bloku üzrə sazişin bu ilin sonuna qədər imzalanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz jurnalistlərə bildirib.

BP-nin regional prezidenti qeyd edib ki, ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə bu barədə müzakirə aparılıb.

Qeyd edək ki, 2016-cı il mayın 24-də BP ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Şimali Abşeron hövzəsindəki "D230" blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Blok "D230" suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3 000-5 000 metr olan əraziləri əhatə edir.

Layihədə BP və SOCAR hər biri 50% paya malik olacaq.