15 yanvar 2018 16:49
988

Azərbaycan 339 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan 2017-ci il ərzində 835 452 ton həcmində neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft məhsullarının dəyəri 339,159 mln. ABŞ dolları təşkil edib.

Ötən il ixrac olunan neft məshullarının miqdarı 2016-ci ildən 46%, dəyəri isə 17% azdır.

Neft məhsulları 2017-ci ildə Azərbaycanın ümumi ixracının 2,46%-ni təşkil edib.