18 oktyabr 2017 19:38
410

Qəbul məntəqələrinə 100 min tona yaxın pambıq təhvil verilib

Oktyabrın 18-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 99 min 619,50 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən bir gündə 3140,53 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 18-dək 15 min 971,40 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 18-nə olan operativ məlumatı təqdim edir.